Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən 1987-ci il təvəllüdlü Rafiq Yolçu oğlu Adıgözəlovun Xaçmaz rayonu, Yergüc kəndi ərazisindəki Sonalı gölünə düşdüyü ehtimal olunur. SİA xəbər verir ki, məlumat daxil olan kimi, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub. Hazırda dalğıc-xilasedicilər göldə axtarış işləri aparırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB