İmişlidə 1 ailəni 3 üzvü avtomobil qəzasında həyatını itirdi. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, bu gün saat 14 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun 93-cü km-də İmişli rayonu ərazisində Bakı şəhəri istiqamətində hərəkət edən Lökbatan qəsəbə sakini 1973-cü il təvəllüdlü Rauf Əliyevin idarə etdiyi yük maşını ilə qarşı tərəfə hərəkət edən İmişli rayonun Hacırüstəmli kənd sakini 30 yaşlı Emin Babayevə məxsus minik avtombili toqquşub. Nəticədə avtomobilin sürücüsü və avtomobildə olan ailə üzvlərindən həyat yoldaşı 29 yaşlı Babayeva Günel və 1 yaşlı körpələri Babayeva Ayan hadisə yerindəcə dünyalarını dəyişiblər.
Digər 2 oğlan övladları 2006-cı il təvəllüdlü Novruz və 2007-ci il təvəllüdlü Feyruz müxtəlif dərəcli bədən xəsarətləri alıblar. Yaralılar imişli rayon mərkəzi xəstəxanasına çatdrılıb.
Faktla bağlı araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB