Yol-qəza hadisəsində 3 nəfər öldü

Yol-qəza hadisəsində 3 nəfər öldü

İmişli rayonu, Hacıqabul-Horadiz yolunun 93-cü kilometrliyində "Mercedes" markalı minik avtomobili və "Shaqman" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, dərhal hadisə yerinə Nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı minik avtomobilinin sürücüsü və 2 nəfər sərnişini aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər. Yanğınsöndürən-xilasedicilər deformasiya uğramış minik avtomobilindən meyitləri təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə