Tovuzda ağır qəza

Tovuz rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, Zaur Cəfərovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil yolun kənarındakı beton dirəyə çırpılıb. Nəticədə avtomobildə olan sərnişinlərdən Mədət Əliyev hadisə yerindəcə dünyasını dəyişib. Qəza nəticəsində avtomaşında olan digər 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətlərilə Tovuz rayon Mərkəzi Xəstəxanasına qaldırılıb.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə