3 avtomobil toqquşub...

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Şamaxı yolunun 44-cü kilometrliyində 2 "Mercedes" və 1 "VAZ" markalı minik avtomobilləri toqquşub. SİA-nın xəbərinə görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, deformasiyaya uğramış "Mercedes" markalı avtomobildə 1 nəfər sərnişin xəsarət alıb və sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sərnişini avtomobildən çıxararaq hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə