Şirvan-Salyan yolunda zəncirvari qəza baş verib

Şirvan-Salyan yolunda zəncirvari qəza baş verib

Şirvan-Salyan avtomobil yolunda ağır zəncirvari qəza baş verib. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, ötən gecə Şirvan-Salyan maqistral avtomobil yolunda baş verən zəncirvari qəzada ağır xəsarət alanlar olub.

Belə ki, sürücü Salyanın Qarabağlı kənd sakini 1984-cü il təvəllüdlü Əzimov Əşrəf Ruslan oğlu idarə etdiyi BMW markalı 90 DH 388 nömrəli avtomobillə Şirvan istiqamətə hərəkət edərkən əvvəlcə Qaraçala kənd sakini 1968-ci il təvəllüdlü Quliyev Pirverdi Məti oğlunun idarə etdiyi VAZ 21099 markalı 18 BF 350 nömrəli avtomobili arxadan vurub. VAZ 21099 markalı maşın isə 1968-ci il təvəllüdlü Kürsəngi kənd sakini Rəhimov Nahid Əvəz oğlunun idarə etdiyi VAZ 2107 markalı 90 KS 986 nömrəli avtomobilə çırpılıb. BMW-nin sürücüsü Əzimov Əşrəf hadisə yerindən qaçarkən irəlidə idarə etməni itirərək yoldan çıxıb işıq dirəyinə dəyərək aşıb. Nəticədə sürücü ağır kəllə beyin travması alaraq Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olduğundan yaralını gecə yarısı Bakı şəhərinə aparıblar.

Faktla bağlı araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə