Bir gündə üç yanğın hadisəsi

Bir gündə üç yanğın hadisəsi

Azərbaycanda bir neçə yanğın hadisəsi baş verib. FHN-dan SİA-ya verilən məlumata görə, Zaqatala şəhərində vətəndaşa məxsus tikintisi başa çatmamış ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının döşəməsi 4 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Goranboy rayonu, Nərimanlı kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı 16 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ağdam rayonu, Xındırıstan kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan çayxananın tavanı 50 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından müahfizə olunub. Yanğın saat 22:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə