"Lotu Qoçu" həbs olundu

Gəncədə "Lotu Qoçu" həbs olundu. Gəncə şəhər Baş Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, Gəncə şəhərində avtoritet kimi tanınan "Lotu Qoçu" ləqəbli Qoca Quliyev həbs olunub. Keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin avtomobilindən "TT" tipli tapança və sözügedən silaha aid 5 ədəd patron aşkar edilərək götürülüb.

Qeyd edək ki, adıçəkilən şəxs əvvəllər də narkotik, psixotrop maddələri istehsal etmə, əldə etmə, saxlanma, daşıma cinayətlərinə görə məsuliyyətə cəlb olunub. Qoca Quliyev həbsxanadan 10 ay əvvəl çıxıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə