Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırmalarla "Access Bank" Qapalı Səhmdar Cəmiyyətinin "20 yanvar" filialında saxta sənədlər əsasında külli miqdarda özgə əmlakının mənimsənilməsi faktları aşkar edilib. SİA-nın Baş Prokurorluğun mətbuat xidmətindən aldığı məlumata görə, filialın kredit mütəxəssisi Kamal Fərəcov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qeyriləri ilə cinayət əlaqəsinə girməklə 2010-2012-ci illərdə ayrı-ayrı şəxslərin adlarına saxta sənədlər tərtib etməklə 141 min 867 manat məbləğində kredit rəsmiləşdirərək mənimsəyiblər.
Fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB