Azərbaycanda 18 yaşlı qızı bəbir parçaladı

Azərbaycanda 18 yaşlı qızı bəbir parçaladı

Bu gün Lerik rayonunda görünməmiş faciəvi hadisə baş verib. SİA-nın məlumatına görə, rayonun Hamarmeşə kəndi ərazisində nadir heyvan sayılan bəbir peyda olub və 18 yaşlı bir qızı, Xurşun Adıgözəlovanı parçalayıb. Kənd sakinlərinin sözlərinə görə, bəbir qızın qollarını, budunu və sağ qulağını yeyib.

Hadisə yerinə rayon rəhbərliyi ilə yanaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da cəlb olunublar.

Məlumat üçün bildirək ki, bundan əvvəl də sözügedən kəndə vəhşi heyvan basqınları olub və onlarla ailənin ev heyvanları tələf olub.

Bütün xəbərlər Facebook səhifəmizdə