Qadın evdə diri-diri yandı

Bakının Nəsimi rayonunda qadın evində yanaraq can verib. FHN-dan SİA-ya verilən məlumata görə, 1942-ci il təvəllüdlü Roşkova Svetlana Anatolyevnaya məxsus ümumi sahəsi 25 kv.m olan birotaqlı mənzildə 3 kv.m sahədə məişət tullantıları yanıb. Yanğından sonra ev sahibinin cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə