Bakı polisi avtomobil oğurluğu və avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxsləri həbs edib. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Sabunçu rayon Polis İdarısinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nicat Yusifova məxsus "VAZ-2106" markalı, Füzuli Əliyevə məxsus "VAZ-21011" markalı və Anar Babalıyevə məxsus "VAZ-2106" markalı avtomaşınları qaçırmış Bakı şəhər sakini Adil Tağızadə tutulub.
Nizami rayon Polis İdarısinin 23-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elmin Şahbazova məxsus "VAZ-2107" markalı avtomaşından faraları, Elçin Əmirbəyova məxsus "VAZ-2106" markalı avtomaşından isə 1 ədəd maqnitofon və avtomaşının sənədini oğurlamış şəhər sakini Əkbər Əsədov tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB