Quba rayonu ərazisində əsən güclü külək fəsadsız ötüşməyib. Bölgə müxbirinin SİA-ya verdiyi məlumata görə, Quba rayonu ərazisində, Quba-Xaçmaz magistral yolunda güclü külək əsməsi nəticəsində ağac aşaraq yolu qapadıb və vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobili idarəetməni itirərək həmin ağaca çırpılıb.
FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobilin sürücüsü xəsarət almayıb.
Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb, yolun açılmasını təmin ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB