Cəlilabad rayonunda bir müddətdir ki, həyat yoldaşından ayrı yaşayan 35 yaşlı Nahidə Quliyeva və onun iki azyaşlı övladı-2 yaşlı Mədinə və 4 yaşlı Nuray faciəvi şəkildə evdə başları kəsilərək qətlə yetiriliblər. Bölgə müxbirinin SİA-ya verdiyi məlumata görə, qatil sonradan izi itirmək üçün evdə yanğın törədib. Qonşular Nahidə Quliyeva və 4 yaşlı Nurayın meyidini evdən çıxara bilsələr də, 2 yaşlı Mədinənin meyidi yanaraq tanınmaz hala düşüb.
Cəlilabad Rayon Prokurorluğundan verilən məlumata görə, hadisənin Cəlilabad şəhər sakini, 1981-ci il təvəllüdlü Vüsal Mirzəkişi oğlu Quliyev tərəfindən törədildiyi müəyyən olunub. Vüsal Quliyevin qətli Nahidə Quliyeva ilə aralarında olan şəxsi münaqişə zəminində çoxsaylı zərbələri ilə törətdiyi bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7 (qətl) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxsin axtarışları davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB