Cinayət aləmində tanınan İbrahim Fürətmənli ağır yaralanıb
Bu gün səhər saatlarında Gəncədə atışma olub. Cinayət aləmində tanınan İbrahim Fürətmənli güləllənib. SİA-nın məlumatına görə, Fürətmənli Gəncənin "Daş körpü" adlanan ərazisində cinayət aləmində tanınan digər şəxslərlə mübahisə zamanı "Makarov" tapançası ilə güllələnib. Hadisə nəticəsində Fürətmənli ağır yaralanıb.
Qeyd edək ki, cinayət hadisəsi yerində iki güllə tapılıb.
Gəncə şəhər Baş Polis İdarəsindən bildiriblər ki, cinayəti törədən şəxs artıq saxlanılıb. Hadisənin motivləri və cinayəti törədən şəxsin kimliyi istintaq sirri olduğu üçün hələlik açıqlanmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB