Bayram tonqalı faciəyə səbəb oldu

Yeniyetmə qızların şənlənmək istəyi onları xəstəxanalıq etdi
Bayram tonqalı faciəyə səbəb oldu

Siyəzəndə yeniyetmə qızlar bayram tonqalına düşərək yanıb. Məlum olub ki, hadisə ehtiyyatsızlıq ucbatından baş verib. Tonqal üzərindən tullanan 3 qız tonqala düşərək ağır yanıq xəsarətləri alıblar. Yanan qızlar ikisi bacıdırlar - Aysel və Leyla Yarıyevalar. Aysel Yarıyeva Siyəzən şəhər 1 nömrəli məktəbin 8-ci sinif şagirdidir. Leyla isə 21 yaşlındadır.

Yanan üçüncü qız isə 14 yaşlı Nəsibova Türkan Natiq qızıdır. Siyəzən Şəhər Təcili Tibbi Yardım Şöbəsinin həkimi Rahim Əhmədovun verdiyi məlumata görə, xəstələr ikinci-üçüncü dərəcəli yanıqla xəsarət alıblar. Onların vəziyyəti ağır olduğundan Bakıda 5 saylı xəstaxanaya yerləşdiriliblər.

5 saylı xəstəxanada xəstələr üz, bədən və ətrafların ağır dərəcəli yanıq diaqnozu ilə xəstəxanaya daxil olublar. Hazıra Leyla Yarıyevanın vəziyyəti ağırdır. Qeyd edək ki, Yarıyeva bacıları Siyəzən şəhər bələdiyyəsinin üzvü Faiq Yarıyevin qızlarıdır.

Emin Kərimov, Siyəzən

Bütün xəbərlər Facebook səhifəmizdə