Lənkəran-Lerik şosesində torpaq sürüşüb

Lənkəran-Lerik şosesində torpaq sürüşüb

Bu gecə Lənkəran-Lerik avtomagistralının 17-ci kilometrliyində uçqun olub. Nəticədə yolda hərəkət təmamilə dayandırılıb. Artıq müvafiq qurumların canlı qüvvə və texnikası əraziyə cəlb edilib. Yolun uçqundan təmizlənməsi və genişləndirilməsi istiqamətində iş aparılır.

43 saylı Lerik Rayon Yol İstismar Sahəsinin qəza briqadasının və ağır texnikasının müdaxiləsi nəticəsində saat 07.00 radələrindən yolda maşınların gediş-gəlişi qismən bərpa olunub.

Qeyd edək ki, bu Lənkəran –Lerik yolunun 17-ci kilometrliyində baş verən ilk uçqun hadisəsi deyil. Bundan əvvəl də yolda dəfələrlə anoloji hadisələr qeydə alınıb, lakin sonuncu hadisə daha böyük fəsadlara səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə