Şirvanda mənzildən meyid tapılıb

Şirvanda mənzildən meyid tapılıb

Şirvanda mənzildən meyid tapılıb. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə Şirvan şəhər sakini M.Əsədov küçəsi 93 ünvanında yaşayan 1963-cü il təvəllüdlü Bağırov Rabil Əmir oğlu martın 18-də Şirvan şəhəri F.Eynullayev küçəsi 15, mənzil 20 ünvanında saat 21.30 radələrində müəmmalı şəraitdə ölüb.

Qonşuların söylədiklərindən ehtimal olunur ki, ağır xəstə olan və tüfeyli həyat tərzi yaşayan Rabil Bağırov gecə saatlarında "dostları" ilə bir yerdə həddindən artıq spirtli içki qəbul etdiyindən ölüb. Bina sakinləri onu da qeyd etdilər ki, həmin ünvanda hər gün yüngül həyat tərzi keçirən narkomanlar və spirtli içki aludəçiləri yığışırmış. Onun ölməsi haqqında məlumatı da təcili yardıma "dostları" məlumat verib.

Hal-hazırda Rabil Bağırovun meyiti Şirvan Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Mərkəzində müayinə olunur. Ölümün səbəbi də meyiti müayinədən sonra aydınlaşacaq.

Faktla bağlı Şirvan şəhər polis şöbəsində araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə