Şirvan döyüş meydanına çevrilib FOTO

Şirvan döyüş meydanına çevrilib FOTO

Bu gün axşam saat 19:00 radələrində Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində qonşular arasında kütləvi dava baş verib. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, kütləvi dava silahın işə düşməsinə səbəb olub. Nəticədə 1 nəfər, 1986-cı il təvəllüdlü Aşurov Zaur Əliyusif oğlu qarşı tərəfdən tüfəngdən açılan güllə yarasından qətlə yetirilib, 3 nəfər isə 1982-ci il təvəllüdlü Aşurov Davud Əliyusif oğlu, 1970-ci il təvəllüdlü Nağdəliyev Yasər Səyyar oğlu və 1984-cü il təvəllüdlü Abdullayev Rəşad Eldar oğlu bədənlərinin müxtəlif yerlərindən güllə yarası ilə Şirvan mərkəzi xəstəxanasına yerləşdiriliblər. İlkin ehtimala görə, qanlı olayın baş verməsinə səbəb namus məsələsi olub. Hadisə ilə bağlı 1 nəfər, 1981-ci il təvəllüdlü Abdullayev Əlvan Eldar oğlu şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları hadisə yerinə cəlb edilib, araşdırmalar davam edir.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə