Gəncə şəhərində Xalça Mahmud Kombinatına məxsus yataqxanada yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Gəncə Yanğından Mühafizə İdarəsindən SİA-ya verilən məlumata görə, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində Gülxanım Şabanovanın mənzilində qeydə alınıb. Alov qısa zamanda 18 kvm ümumi sahəsi olan 2 otaqlı evi bürüyüb, sonra isə üst mərtəbələrə keçib. Ev tamamilə yararsız hala düşüb. Hadisə yerinə cəlb olunan 5 yanğın söndürən briqada tərəfindən çətinliklə də olsa, alovun qarşısını almaq mümkün olub. Qadın isə mənzildən çıxarılıb.
İlham Məmmədov

.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB