Bakının Sabunçu rayonunda dəhşətli qətl olub.

Rayon Prokurorluğunun məlumatına görə, martın 16-na keçən gecə saat 04:00 radələrində Ramanı qəsəbəsində 23 yaşlı Əjdər Həsənov qətlə yetirilib.

Qətlin kim tərəfindən törədilməsi hələlik naməlumdur. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanıb.

İlkin məlumata görə, hadisə toy məclisindən sonra baş verib. Naməlum şəxs bıçağı Əjdər Həsənovun qarnına soxaraq aradan çıxıb. Yaralı xəstəxanaya gətirilərkən bağırsaqları kənara dağılıbmış.

Bütün xəbərlər Facebook səhifəmizdə