Gədəbəy rayon Göyəli kənd sakini 42 yaşlı Xasay Nuriyev spirtli içkidən şoka düşərək dünyasını dəyişib. Tovuz rayon Mərkəzi Xəstəxanasından SİA-nın bölgə müxbirinə verilən məlumata görə, X.Nuriyev spirtli içkidən zəhərlənmə diaqnozu ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimallara görə, adıçəkilən şəxs şok keçirərək ölüb.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB