Sabirabadda evi yanıb FOTO

Sabirabadda evi yanıb. SİA-nın Aran bürosuna Sabirabad rayon FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumat görə, martın 14-də saat 18.45 radələrində Sabirabad rayonu Suqovuşan kəndində 1970-ci il təvəllüdlü Hüseynov Rəcəb Davud oğluna məxsus fərdi yaşayış evində yanğın baş verib.

4 otaqdan ibarət ümumi sahəsi 180 kvadrat metr olan mənzil əşyalarla birlikdə təmamilə yanıb. Ev sahibi evdə 2 min manat nağd pulun, qızıl və məişət əşyalarının, ümumilikdə 20 min manatlıq avadanlığın yandığını bildirir.

Yanğının baş vermə səbəblərini küləkli hava şəraitində evin yaxınlığından keçən su kollektorunda yanan qamışlıq olub. Belə ki, küləkli hava evin kollektorda yanan qamışlıqdan alışmasına şərait yaradıb.

Sabirabad Yanğından Mühafizə Xidmətinin briqadası alovu söndürsələr də, hadisə yerinə kəndin yolunun keçilməz vəziyyətdə olması səbəbindən gec çatıblar.

Faktla bağlı araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə