Ötən gecə Şəmkirdə qətl hadisəsi baş verib. Şəmkir rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, Muxtariyyə kənd sakini 23-yaşlı Saurin Yuriy Vladimiriviç aralarında yaranan şəxsi mübahisə zəminində Mahir Rəhman oğlu İsayevi qətlə yetirib. O, sonuncunun ürək nahiyəsinə bıçaq zərbəsi endirərək həyatına son qoyub. Xəstəxanaya qaldırılan M.Rəhmanov yolda keçinib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə təqsirli bilinən Saurin Vladimiriviç həbs olunub.
Qeyd edək ki, faktla bağlı Şəmkir rayon Polis Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB