Yol qəzasında yananların adları açıqlandı

Yol qəzasında yananların adları açıqlandı

Ötən gün Bakıda baş verən ağır yol qəzasında həlak olanların adları açıqlanıb. SİA Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, martın 10-da saat 23.55 radələrində Bakının Nizami rayonu ərazisində Heydər Quliyev idarə etdiyi "Toyoto-Camry" markalı avtomaşını yeraltı keçidin tikilməsi üçün qazılan xəndəyə aşırıb.

Nəticədə avtomaşında yanğın baş verib, sürücü və sərnişini Tural Abdullayev hadisə yerində ölüb.

Qeyd edək ki, Bakıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Paytaxtın Nizami rayonunda "Toyota" markalı minik avtomobili yolun təmir-tikinti işləri aparılan hissəsində qazılmış xəndəyə düşüb və yanıb. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunublar. Yanğın saat 00:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Daha sonra xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünün və sərnişinin cəsədlərini avtomobildən çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə