Yaşlı qadın özünü asdı

Gəncə şəhərində 88-yaşlı qadın özünü asaraq intihar edib. Gəncə şəhər Baş Polis İdarəsi və Prokurorluğundan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, 1925-ci ilə təvəllüdlü Firuzə Hümbətovanın cəsədi asılmış vəziyyətdə yaşadığı Vaqif küçəsindəki mənzilindən tapılıb.

Qeyd edək ki, qadının hansı səbəbdən özünü asması ilə bağlı dəqiq məlumat yoxdur.

Faktla bağlı cinayət işi açılıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə