ABŞ-ın Kentukki ştatında baş vermiş güclü yanğın nəticəsində 7 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölənlərdən 5-nin uşaq olduğu deyilir. Yanğın Qrey qəsəbəsinin kənarındakı evdə baş verib. Ölənlərin cəsədləri tanınmaz vəziyyətdə olduğundan, onların şəxsiyyəti barədə hələlik müəyyən olunmayıb.
Yanğınsöndürənlər 3 saatdan sonra yanğını söndürməyə müvəffəq olublar. Hazırda yanğının səbəbləri araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB