Nyu-Yorkda Con Kennedi adına beynəlxalq hava limanında 2 sərnişin təyyarəsi toqquşub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Floridaya uçmağa hazırlaşan ABŞ-ın regional avia şirkəti "JetBlue"ya məxsus təyyarə ilə "Air İndia" şirkətinə məxsus sərnişin təyyarəsi toqquşub.
Məlumatda deyilir ki, toqquşma nəticəsində təyyarələr zədə alıb. Floridaya uçmağa hazırlaşan təyyarənin bütün sərnişinləri isə digər təyyarəyə yerləşdirilib. Hadisə ilə bağlı araşdırmalar aparılır.
"Air İndia" şirkətinin nümayəndələri hələki hadisə ilə bağlı şərh vermir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB