Oğurluqdan həbsxanada yatan Orxan adlı şəxs ondan ayrılmaq istəyən arvadı Diləkdən intiqam almaq üçün dəhşətli üsula əl atıb.
SİA-nın məlumatına görə, Türkiyənin Antalya vilayətində dəhşətli cinayətin məhkəməsi keçirilib. Belə ki, oğurluqdan həbsxanada yatan Orxan K. arvadından intiqam almaq üçün həbsxanadan bir həftə icazə aldı. Arvadının yaşadığı yerə gedərək, iplə eyvandan evə girib. Evə girəndən sonra baldızı yatdığı otağa girib. Qızın pijamasını soyundurduqdan sonra bıçağın sapını onun cinsiyyət orqanına soxaraq qaçıb. Qızın qışqırıqlarına qaçan ailəsi Orxanı tutaraq polisə aparıblar.
Məhkəmədə Orxan baldızını arvadı ilə qarışıq saldığını deyib: "Mən bıçağın sapını yox özünü arvadıma vuracaqdım ki heç kimlə görüşməsin. Sonra da belindən bıçaqlayacaqdım ki yeriyə bilməsin. Sadəcə baldızımı arvadımla qarışıq saldım".
Lakin zərərçəkən məhkəmədə ifadəsində bildirib ki, Orxan onun kim olduğunu bilib, çünki qız qışqıranda "sus baldız" deyirmiş.
Qeyd edək ki, məhkəmə 26 aprel tarixinə təxirə salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB