6 kq narkotik vasitə satan sakin

6 kq narkotik vasitə satan sakin

Gəncə şəhərində narkotik vasitə satan şəhər sakini həbs olunub. Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə şəhər Baş Polis İdarəsindən məlumat verilib. Açıqlanan məlumata əsasən 1961-ci il təvəllüdlü Əli İbrahimov 6 kq narkotik vasitə olan marixuananı şərti alıcıya satmaq istəyərkən saxlanılıb. Hazırda faktla bağlı araşdırmalara başlanılıb, istintaq aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə