Oğruların aqibəti

Nərimanov Rayon Polis İdarəsi (RPİ) 17-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələrilə axtarışda olan Asif Aşurov martın 5-də yaxalanıb.

Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, həmçinin, Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Elsevər Qurbanovdan lüləsi və qundağı kəsilmiş qoşalülə ov tüfəngi aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə