Oğruların sayı artır

Martın 5-nə keçən gecə Bakı şəhərində oğurluq hadisəsi baş verib. SİA-nın Baş Polis İdarəsinə istinadən verdiyi məlumata görə, şəhər sakini Əfqan Qurbanova məxsus Ş.Məmmədova küçəsində yerləşən mağazadan açar seçmə yolu ilə 320 manat və danışıq kartları oğurlanıb. Binəqədi Rayon Polis İdarəsi (RPİ) 5-ci Polis Bölməsi (PB)əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ruslan Hüseynov martın 5-də yaxalanıb.

Bununla yanaşı, martın 5-nə keçən gecə Cavadxan küçəsində yaşayan Sevinc Qarayevaya məxsus "Nissan", A.Mustafayev küçəsində yaşayan Cəlal Çaxalova məxsus "Mersedes", R.Məmmədov küçəsində yaşayan Elmira Xankişiyevaya məxsus "Kia", H.Əliyev küçəsində yaşayan Həsən Kərimova məxsus "Opel", Kəmalə Məmmədova məxsus "Mitsubişi" və Cavadxan küçəsində yaşayan Fəridə İmanovaya məxsus "Hyundai" markalı avtomobillərin şüşəsini sındırma yolu ilə oğurluğa cəhd edilib. Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğa cəhddə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elturan Yusifov martın 5-də yaxalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə