“Beynəlxalq Bank”-ın bankomatı yandı

“Beynəlxalq Bank”-ın bankomatı yandı

Bakı şəhərində yanğın hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Yasamal rayonunda "Beynəlxalq Bank"a məxsus bankomatın ekranının ətrafında olan plastmast üzlüyü yanıb. Bankomatın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bununla yanaşı, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan talvarın yanar konstruksiyaları və talvarın altında sahəsi 16 kv.m olan daş döşəməsi sexində taxta materiallar və qəliblər yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 02:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə