Azərbaycanlı polkovnik Adil Mahmudov Moskvada öldürülüb. SİA-nın məlumatına görə, qətl yerli vaxtla saat 12:40-da Moskva şəhərinin "Roqojskiy Val" adlanan ərazisində törədilib. Qatil "Zakarpatskiye uzorı" restoranına daxil olaraq orada nahar edən Rusiya Silahlı Qüvvələrinin zabiti A.Mahmudovun alın nahiyəsinə atəş açıb. 45 yaşlı polkovnik hadisə yerində ölüb.
Atəş açan şəxsin xarici görünüşünə görə qafqazlıya oxşayan bir kişi olduğu bildirilir. Qatil hadisə yerindən qaça bilib. Hadisənin motivləri barədə hələlik məlumat yoxdur. Faktla bağlı təhqiqat aparılır.
Qeyd edək ki, A.Mahmudov paytaxtdakı hərbi hissələrdən birinin komandir müavini olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB