Martın 5-i saat 01:15 radələrində Pirşağı qəsəbəsində yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Baş Polis İdarəsinə istinadən verdiyi məlumata görə, Məharət Əliyevin idarə etdiyi "Mersedes", Dilşad Əliyevanın idarə etdiyi "VAZ-2103" və Qafar Qafarovun idarə etdiyi "BMW" markalı avtomobillər toqquşub. Nəticədə "Mersedes" markalı avtomobilin sərnişini Əziz Ənnağıyev və Q.Qafarov xəsarətlə 3 saylı xəstəxanaya yerləşdirilib. "BMW" markalı avtomobilin sərnişini Aydın Rzayev isə hadisə yerində ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB