8 yaşlı uşaq beton piltənin altında qalaraq ölüb

8 yaşlı uşaq beton piltənin altında qalaraq ölüb

Beylaqan rayonunda 8 yaşlı oğlan beton piltənin altında qalaraq həyatını itirib. Hadisə rayonun Demka 2 ərazisində qeydə alınıb. Belə ki, azyaşlı Kənan Cəfərov tikinti idarəsinin həyətində beton piltənin altında qalaraq ölüb.

Kənan Cəfərovun qohumları ərazidə çoxlu sayda beton plitələr olduğunu, onların satış məqsədilə kranla qaldırıb altına daş yığıldığını bildiriblər. Bu zaman azyaşlı uşaq ehtiyatzızlığın qurbanı olub. Faktla bağlı Beyləqan rayon Prokurorluğunda cinayət işi açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə