Xəstə yanına getdi, evi yandı

Xəstə yanına getdi, evi yandı

Xəstə yanına Bakıya gələn ailə telefonda eşidib ki, evi yanır. Kor peşman geri qayıdanda evinin kül olmasını görür. Gecə saatlarında Qubada yanqın hadisəsi baş verib.

Qurbanın Zərdabi kəndində iki mərtəbəli ev yanıb. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, axşam saat 20:10 radələrində başlayan yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin 2 yanğınsöndürmə maşını cəlb olunub. İlkin ehtimalara görə, yanğına elektrik naqillərində qısa qapanma səbəb olub. Güclü yanğın evi ağuşuna götürüb. 2 otaqdan biri tamamilə ev əşyaları ilə birlikdə yanaraq kül olub.

Bəhruz Süleymanova məxsus birmərtəbəli evin 36 kv.m əşyaları ilə birlikdə yanaraq kül olub. Elə həmin kənddə yaşayan anası telefonda eşidib ki, qızının evi yanır. Dərhal hadisə yerinə gəldikdə isə evin alovlar içində yandığını görüb.

Ev sahibləri yanğın zamanı Bakı şəhərində olublar. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin Quba rayon şöbəsinin rəis əvəzi Anar Hacibalayev əməkdaşımıza deyib ki, yağın elektirik naqillərinin standartlara uyğun çəkilməməsi ucbatından baş verib.

Məlum olub ki, yanğın birmərtəbəli binada baş verib. Lakin alovun digər evlərə keçməsi təhlükəsi yaranıb. Ancaq 40 dəqiqə ərzində yanğını tam söndürmək mümkün olub.

Emin Kərimov, Quba

Bütün xəbərlər Facebook səhifəmizdə