Türməyə narkotik vasitə keçirməyə çalışdı

Türməyə narkotik vasitə keçirməyə çalışdı

Gəncə şəhərində yerləşən 5 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinə heroin keçirmək istəyən şəhər sakini tutulub. Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə şəhər Baş Polis İdarəsindən məlumat verilib. Belə ki, Şəmkir rayon sakini Arxayın Məmmədov 1.877 qram narkotik vasitəni keçirən zaman hüquq mühafizə orqanları əməkdaşları tərəfindən həbs olunub.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə