O oğrudur?

Martın 1-də Zabrat qəsəbəsində oğurluq hadisəsi baş verib. SİA-nın Baş Polis İdarəsinə istinadən verdiyi məlumata görə, qəsəbə sakini Kənan Əliyevin evinin həyətindən 2 ədəd dəmir boru və darvaza oğurlanıb. Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Anar Quliyev martın 2-də yaxalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə