Qısqanclığın sonu

Martın 3-də Badamdar qəsəbəsində qətl hadisəsi baş verib. Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Bağlar döngəsində yaşayan Nicat Baxışlı bacısı Böyükxanıma bıçaqla xəsarət yetirib. Böyükxanım aldığı xəsarətlərdən yerindəcə vəfat edib.

Nəzərinizə çatdıraq ki, hadisə qısqanclıq zəminində baş verib. Nicat Baxışlı Səbail Rayon Polis İdarəsi (RPİ) 8-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən yaxalanıb.

Bununla yanaşı həmin gün II Zabrat qəsəbəsi ərazisində də bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər sakini Ramil Məmmədov mübahisə zəminində Fyodr Yeliseyevi bıçaqlayıb. Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində tərəfindən Ramil Məmmədov yaxalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə