3 nəfər güllələnib

Bakının Türkan qəsəbəsində silahlı insident baş verib. Xəzər Rayon Polis İdarəsindən SİA-ya verilən məlumata görə, hadisə nəticəsində üç qardaş güllələnib. Qəsəbə sakini, 31 yaşlı Cabbar İbrahimov ov tüfəngi ilə qonşuları 1968-ci il təvəllüdlü Elman Zeynalov, onun qardaşları, 1970-ci il təvəllüdlü Taleh Zeynalovu və 1972-ci il təvəllüdlü Bəhruz Zeynalovu güllələyib. Aldıqları güllə yarasından Elman və Taleh Zeynalovlar ölüblər, Bəhruz Zeynalov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən Cabbar İbrahimov polis tərəfindən saxlanılıb. Aparılan araşdırma nəticəsində məlum olub ki, insidentə qonşular arasındakı torpaq mübahisəsi səbəb olub.

Hadisə ilə əlaqədar Xəzər Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsiylə cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə