Bakıda anbar yanıb

Paytaxtın Xətai rayonunda vətəndaşa məxsus ərazidə yerləşən biri-birinə bitişik tikilmiş içərisində ərzaqla dolu anbarın dam örtüyünün yanar konstruksiyaları 45 kv.m sahədə və ona bitişik ümumi sahəsi 6 kv.m olan dəmir köşkün yanar konstruksiyaları içərisinə yığılmış avtomobil ehtiyyat hissələri yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, bitişik anbarlar yanğından mühafizə olunub. Yanğın saat 20:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə