Bakının Türkan qəsəbəsində dəhşətli hadisə baş verib. Belə ki, qəsəbə sakini, 31 yaşlı Cabbar İbrahimov ov tüfəngi ilə qonşuları, 1968-ci il təvəllüdlü Elman Zeynalov, onun qardaşları - 1970-ci il təvəllüdlü Taleh Zeynalovu və 1972-ci il təvəllüdlü Bəhruz Zeynalovu güllələyib. Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, Elman və Taleh Zeynalovlar aldıqları güllə yarasından ölüblər, B.Zeynalov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən C.İbrahimov polis tərəfindən saxlanılıb. İlkin versiyaya görə, insidentə qonşular arasındakı torpaq mübahisəsi səbəb olub. Amma zərərçəkənlərin qohumları səbəb kimi qan davasını göstəriblər.
Hadisə ilə bağlı Xəzər Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsilə cinayət işi başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB