Maşın 8 yaşlı qızın beynini əzdi

Maşın 8 yaşlı qızın beynini əzdi

Siyəzəndə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Bölgə müxbirimizin SİA-ya verdiyi məlumata görə, Siyəzən şəhər sakini, 8 yaşlı Baladadaşova İlahə Oqtay qızı musiqi məktəbinə gedərkən avtomobil tərəfindən vurulub. Yaralı ağır vəziyyətdə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Ona ağır kəllə-beyin travması, beyin əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə