ABŞ-ın Florida ştatında it sahibini güllələyib.
İt sahibini güllələdi

Hadisə Qreqori Deyl Lanyer adlı şəxsin avtomobilində baş verib.

Lanyerin iti avtomobildə heç cür sakit dayanmırmış. Sonunda itin nadincliyi belə bir həngaməyə səbəb olub. Atılıb-düşən itin ayağı maşındakı silaha toxunub və silahdan açılan atəş sahibinin ayağından dəyib.

Lanyer elə bilib ki, avtomobildə saxladığı silahın içərisində güllə yoxdur. O öz itinə haqq qazandırıb. Lanyer deyib ki, it bunu istəmədən edib və güllə təsadüfən açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə