İmişlidə yanacaqdoldurma məntəqəsinə basqın olub

İmişlidə yanacaqdoldurma məntəqəsinə basqın olub

İmişlidə yanacaqdoldurma məntəqəsinə basqın olub. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, martın 1-də saat 04.00 radələrində İmişli şəhərindəki yanacaqdoldurma məntəqəsinə gələn naməlum şəxs, orada operator işləyən rayon sakini Emin Hüseynovun ağzını və əl-qolunu yapışqanlı lentlə bağlayıb, cibindəki 380 manat pulu götürərək hadisə yerindən gedib. Görülən tədbirlər nəticəsində hadisəni törədən Füzuli rayon sakini, əvvəllər məhkum olunan Anar Hümbətzadə İmişli-Bakı sərnişin qatarında Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə