Oğurluq edən şəxs yaxalanıb

Fevralın 24-ü saat 21:00 radələrində Zirə qəsəbəsində oğurluq hadisəsi baş verib. Baş Polis İdarəsində SİA-ya verilən məlumata görə, Natavan küçəsində yaşayan Natavan Əliyevanın evindən qıfılı sındırma yolu ilə sənədlər, 200 manat məbləğində pul, ev əşyaları və ərzaq məhsulları oğurlanıb. Xəzər Rayon Polis İdarəsi (RPİ) 1-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Qorxmaz Şərifov fevralın 28-də yaxalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə