6 naməlum şəxs mənzilə basqın edib

Bakı şəhərində mənzilə naməlum şəxslərin basqın etməsi barədə polisə məlumat daxil olub. Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, rayon sakini Bahadur Qəribov şikayət ərizəsi ilə müraciət edib. O bildirib ki, gecə saatlarında tanımadığı 6 nəfər şəxs onun mənzilinə daxil olub. Həmin şəxslər B.Qəribovu döyüblər, daha sonra isə mənzildə nəysə axtarıblar. Lakin evi ələk-vələk etsələr də onlar bir şey tapmadan mənzili tərk ediblər.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, B.Qəribov narkotik aludəçisidir və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə bir neçə dəfə məhkumluq həyatı yaşayıb. Onun evində "axtarış" aparan şəxslərin də narkotik vasitə istifadəçisi olduğu güman edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə