Bakıda hündürmərtəbəli bina yanır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, Nizami metrostansiyasının yaxınlığında, Bəsti Bağırova küçəsində yüksəkmərtəbəli binanın liftinin şaxtasında yanğın başlanıb. Yanğın nəticəsində binanın birinci mərtəbəsindən yuxarıya qədər qatı tüstü bürüyüb.
Hadisə yerinə 4 yanğınsöndürən maşın yollanıb. İlkin ehtimala görə, hadisəyə şaxtada baş verən elektrik xətlərində yaranan nasazlıq səbəb olub. Hazırda hadisə yerində yanğınsöndürənlər işləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB