Gəncə şəhərində Təhminə Quliyeva adlı qadının mənzilini soyan və ev sahibinin boğaz nahiyəsinə xəsarət yetirən şəxs həbs olunub. Şəhər Baş Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, Sevinc qəsəbəsi sakini Rövşən Qurbanov şübhəli şəxs qismində saxlanılıb. Aparılan dindirilmə zamanı adıçəkilən şəxs etdiyi əməli boynuna alıb.
Hazırda faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində istintaq tədbirləri davam etdirilir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB